Xəbər verdiyimiz kimi, Madagizin (Suqovuşan) azad edilməsindən sonra Suqovuşana Azərbaycan bayrağının asılmasının tarixi anlarını əks etdirən video yayınlanmışdı.
Yeniavaz.com xəbər verir ki, Suqovuşanda Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyev olub.
Bizə fərəh hissləri yaşatdıran həmin əsgər İlkin Fərzəliyev ünvanına deyilən xoş sözlərə görə Azərbaycan xalqına təşəkkür edib.