“Türkiyə Qarabağda həm masada, həm də ərazidə olacaq” - Hulusi Akar


"Sabah Rusiyadan böyük bir hərbi heyət gələcək. Taktiki və texniki olaraq, Qarabağda kimlər harda olacaq bunları danışıb, qərar verəcəyik".
Yeniavaz.com  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
"Qarabağdakı anlaşmada Türkiyə haradadır? Türkiyə işin kökündədir, həm masada, həm də ərazidə olacağıq. Qarabağda hər hansısa "oldu-bitdi" müzakirə mövzusu deyil", - deyə Akar bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Türkiyə sülhməramlılarının Qarabağ ərazisində olmayacağını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top