“Son vaxtlar qardaş Azərbaycana verdiyimiz dəstəyə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, buna görə kameraları özləri istehsal etməyə başlayıb:
“Biz də ASELSAN şirkətinin kameralarından istifadə edib yolumuza davam etdik. Həmin kameraların daha yaxşısını istehsal etmək məqsədilə layihələrə başlamışıq”.