Dövlət qulluqçusunun hərəkətləri nəticəsində dəymiş zərərin ödənilməsi qaydası dəyişdi


Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin tam həcmdə ödənilməsi qaydası dəyişib. 

Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” və “İşsizlikdən sığorta haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. 

Qüvvədə olan qanuna əsasən, dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsinin vəsaiti hesabına ödənilirdi. 

Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə  Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödəniləcək.

DİGƏR XƏBƏRLƏR

Top