Şəhidin qardaşı: "Hər gün hərbi hissənin qarşısında dayanırdı" - VİDEO + FOTOLAR


“Daşqın özü könüllü yazılmışdı, bir ay ərzində demək olar hər gün işdən çıxıb hərbi hissənin qarşısında dayanırdı ki, onu da aparsınlar. Ən sonda arzusuna çatdı, döyüşlərə apardılar və Laçın istiqamətində gedən döyüşlərdə şəhid oldu”. 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri İkinci Qarabağ Müharibəsində şəhid olan Şəfiyev Daşqının qardaşı Orxan Şəfiyev saytımıza açıqlamasında deyib. 
O bildirib ki, Daşqının da, onun də arzusu torpaqların işğaldan azad edilməsi olub:
“Ailədə 4 uşağıq. Daşqın üçüncüdür. Onunla mənim geyindiyimiz paltarlar eyni idi, eyni otaqda yatırdıq. Mənim ən yaxınım qardaşım idi. Ən böyük arzumuz o idi ki, torpaqlarımız azad edildikdən sonra orada ikimiz də toy edək. Heyif ki, belə oldu. Amma Daşqının və bütün şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımız işğaldan azad edildi. Həmişə demişəm, tək Daşqın yox, bütün şəhidlər mənim qardaşımdır. Vətən sağ olsun!”
O. Şəfiyev sosial şəbəkələrdə qardaşının “Qarabağ alınsın, səni özüm alacam”, sözlərini deyərək çəkdiyi videoda müraciət etdiyi xanımın məzarı ziyarət etməsi ilə bağlı gedən söz-söhbətlərə də aydınlıq gətirdi:
“Qardaşımın çəkdiyi videoda müraciət etdiyi xanım barəsində məlumat yoxdur. Əgər həmin xanım qardaşımın məzarını ziyarət etmək istəsəydi mənim xəbərim olardı”.


DİGƏR XƏBƏRLƏR

Top