Sürücüsü içində olan avtomobil partladı - FOTO


Goranboy rayonunda​ minik maşını partlayıb.

Yeniavaz.com xəbər verir ki, Kələbəcər rayon sakini Əbil Orucova məxsus “Mitsubushi” markalı avtomobilində qəfildən partlayış baş verib. Sürücü hadisə zamanı avomobildə olduğundan üz və əl nahiyəsindən yüngül xəsarət alıb. Partlayış nəticəsində minik maşını yararsız hala düşüb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top