Atəşkəsə nəzarət üzrə Birgə İşçi Qrupu yaradılacaq


Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı imzalanan Memorandum barədə açıqlama yayıb.

Yeniavaz.com xəbər verir ki, məlumatda bildirilir:

“10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri, Rusiyanın Prezidenti tərəfindən imzalanmış birgə bəyanatdan irəli gələrək, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı bu ilin 11 noyabr tarixində Memorandumun imzalanmasını alqışlayırıq.

Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupun fəaliyyətə başlayacağını məmnunluqla qeyd edirik.

Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq”.

DİGƏR XƏBƏRLƏR

Top