Paşinyan etiraf etdi: "25 000 əsgərimiz öldürülmüş olacaqdı"


Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsi vasitəsilə erməni xalqına müraciət edib.

Yeniavaz.com xəbər verir ki, Nikol Paşinyan 10 noyabr tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanan sənəd barəsində danışıb.

Baş nazir deyib ki, belə bir sənədi imzalamaq nə qədər ağrılı olsa da, bunu imzalamağa məcbur olub.

Erməni əsgərlərinin mühasirəyə düşüdüyün deyən Nikol Paşinyan bildirib ki, yaranmış vəziyyətdə və şərtlərdə manevr etmək imkanları olmayıb: “Bir neçə saat içərisində qərar verilməli idi, əks halda 25 000 əsgərimiz öldürülmüş və ya əsir götürülmüş olacaqdı”.

DİGƏR XƏBƏRLƏR

Top