İşğaldan azad olunan rayonlara komendantlar təyin olunub


İşğaldan azad olunan rayonlara komendantlar təyin olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, «Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.
Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top