İrəvanda onlarla müxalifət lideri bu səbəblərdən saxlanıldı - ADLAR


Ermənistanın Xüsusi İstintaq Xidməti İrəvanda qanunsuz mitinqlərin təşkili və keçirilməsi faktı ilə əlaqədar müxalifət liderini saxlayıb.
Yeniavaz.com
“sputnik armenia” agentliyinə istinadən xəbər verir ki, saxlanılanların arasında “Vətən” partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan,  “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, “Daşnaktsütyun” partiyasının nümayəndəsi Geqam Manukyan, Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov və David Hambardzumyan, Ermənistan parlamentinin keçmiş vitse-spikeri Ara Saakyan da var.
Bu şəxslər barəsində Ermənistan Cinayət Məcəlləsinin 225.1-ci maddəsilə (zorakılıqla müşayiət olunan kütləvi qiyamların təşkili, odlu silah istifadəsi və ya hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi) ittiham irəli sürülüb.
Bunlardan başqa “Daşnaktsütyun” partiyasının sədri İşxan Saqatelyan, Milli Təhlükəsizlik Partiyasının lideri Garnik İsaqulyan, "Vahid Ermənistan" partiyasının sədri Artur Qazinyan,  Ermənistan Cinayət Məcəlləsinin 307.1 maddəsilə (dövlət sirrini ehtiva edən sənədlərlə və ya kompüterlə işləmə qaydalarını pozma) ittiham olunaraq saxlanılıblar.
Qeyd edək ki, noybar ayının 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzalanıb. Bəyanata görə, işğal altında olan Ağdam, Laçın və Kəlbəcər rayonları  Azərbaycanın nəzarətinə keçir.
Tərəflər arasında imzalanan bu bəyanata etiraz edən Ermənistan müxalifəti İrəvanda etiraz aksiyaları təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top