Yaponiyada COVID-19 pandemiyasının üçüncü dalğası başlayıb


Oktyabr ayından etibarən Yaponiyada COVID-19 pandemiyasının üçüncü dalğasının başladığı bildirilib.
Yeniavaz.com
“Anadolu”agentliyinə istinadən xəbər verir ki, ölkədə yoluxmaların artmasını Yaponiya Tibb Federasiyasının (JMA) prezidenti Nakaqava Tosio pandemiyanın üçüncü dalğası kimi qiymətləndirib. O qeyd edib ki, artım davam edərsə, bu səhiyyə sistemi üçün çətin olacaq və bu məsələ ən qısa müddətdə nəzarət altına alınmalıdır.
Qeyd edək ki, Yaponiyada koronavirusa yoluxma sayı 112 min 880-ə, ölənlərin sayı isə 1876-ya yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top