Ən çox bahalanan məhsulların SİYAHISI AÇIQLANDI - RƏSMİ


Bu ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri ötən ilin yanvar-oktyabr aylarına nisbətən 2,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,1%, qeyri-ərzaq məhsulları üzrə 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 1% bahalanıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin oktyabr ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2%, əvvəlki ilin oktyabr ayına nisbətən 2,3% artıb.
2020-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3%, əvvəlki ilin oktyabr ayına nisbətən 4,4% bahalanıb.  
Bu ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma uzun düyünün, qarabaşaq yarmasının, makaronun, toyuq ətinin, xamanın, brınza pendirinin, günəbaxan yağının, portağalın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, şokoladlı konfetlərin, ucuzlaşma isə əsasən təzə balığın, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

DİGƏR XƏBƏRLƏR

Top