"Sabah Rusiyadan gələn heyətlə məsələnin detalları müzakirə ediləcək" - Çavuşoğlu


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ məsələsi barədə sualları cavablandırıb. 
Yeniavaz.com
xəbər verir ki, Türkiyə XİN başçısı Rusiya-Türkiyə ortaq müşahidə mərkəzi Azərbaycan torpaqlarında qurulacağını qeyd edib:
“Müşahidə mərkəzi Azərbaycanın uyğun bildiyi yerdə qurulacaq. Sabah Rusiyadan gələn heyətlə məsələnin detalları müzakirə ediləcək. Müşahidə mərkəzində razılaşmanın şərtlərinə zidd olan addımların qarşısı alınacaq. Ümid edirik ki, Ermənistan bundan dərs çıxaracaq. Çünki, başqa bir dövlətin torpaqlarında ömür boyu qalmaq mümkün deyil”.

DİGƏR XƏBƏRLƏR

Top