Bakıda polis komendant saatını pozan sürücünü xəbərdarlıq atəşi ilə saxladı


Bakıda sürücü komendant saatını pozub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobil “Koroğlu” metrostansiyası yaxınlığında komendant saatı ilə bağlı qurulan postda polisin “dayan” əmrinə tabe olmayıb. Bu səbəbdən polis avtomobilin təkərlərinə xəbərdarlıq atəş açmaq məcburiyyətində qalıb. Qaydanı pozan sürücü saxlanılıb və polis bölməsinə gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top