Ermənistanda müxalifət liderlərinin həbsinə başlandı

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) “Vətən” partiyasının sədri, MTX-nin keçmiş rəhbəri Artur Vanetsyanı, “Çiçəklənən Ermənistan” partliyasının lideri Qaqik Tsarukyan, mətbuat katibi Eduard Şarmazanovu və keçmiş vitse-spiker Ara Saakyanı həbs edib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə news.am məlumat yayıb. 

Qeyd edək ki, saxlanılan şəxslər Ermənistanda müxalifət liderləri kimi tanınır. Onlar Nikol Paşinyana qarşı kütləvi etiraz aksiyaları keçirir.

Q.Tsarukyan Paşinyanın istefası tələbi ilə keçirilən mitinq başlamazdan əvvəl, E.Şarmazanov və A.Vanetsyan isə mitinqdən sonra saxlanılıb.

A.Vanetsyan Cinayət Məcəlləsinin 225.1 və 307.1 maddələrinə uyğun olaraq, cinayət törətməkdə şübhəli bilinir.

DİGƏR XƏBƏRLƏR

Top