"Rusiya Qarabağda hansı anlayış çərçivəsində olacaqsa, bizim də oradakı müşahidə və yoxlama qruplarımız eyni anlayışla yerini alacaq".
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Türk əsgərinin Qarabağdakı işi necə olacaq? Rusiya ilə birlikdə hansı mexanizmlə işləyəcəklər? Türk əsgəri ərazilərdə olacaqmı? Yoxsa, ancaq qərargahda olacaq?” suallarına cavab verən Ərdoğan qeyd edib ki, hazırda Rusiya Qarabağa yerləşməyə başlayıb: “Görüşlərimiz xarici işlər nazirlərimiz arasında da davam edir. Rusiyadan bir heyət Türkiyəyə gəlir, burada da danışıqları davam etdirəcəyik”.