Qarabağdakı rus əsgərlərin komandiri general Rüstəm Muradov kimdir? – DOSYE


Xəbər verdiyimiz kimi, işğal altında olan Qarabağda və “Laçın dəhlizi”ndə sülhməramlı missiya həyata keçirəcək Rusiya hərbçlərinə general-leytenantı Rüstəm Muradov başçılıq edəcək.
Yeniavaz.com
xəbər verir ki, Rüstəm Usman oğlu Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən Dağıstanın Tabasaran bölgəsinin Xanak kəndindəndir. Atasının adı Usman, anasının adı Ümizhatdır. 1966-cı ildə Cənubi Dağıstandakı zəlzələdən sonra valideynləri Tabasaran bölgəsindən Çinar kəndinə köçüblər.
Kazan şəhərindəki Suvorov Hərbi Məktəbini bitirib. 1990-cı ildən bəri hərbi xidmətdədir. S. M. Kirov adına Leninqrad Ali Kombinə Silahlar Komandanlığı Məktəbini (1995) bitirib. Eyni zamanda Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Akademiyasından məzun olub.
2015-ci ildən 2017-ci ilədək - 41-ci Ordunun 1-ci müavini və Baş qərargah rəisi. 2016-cı ildə Donbasdakı Atəşkəsə və Tərəflərin Delimitasiya Xəttinin Stabilizasiyasına Nəzarət və Koordinasiya Birgə Rusiya-Ukrayna Mərkəzindəki Rusiyanın nümayəndəsi idi.
2017-ci ildə Suriyada hərbi məsləhətçi. Hərbi vəzifəni yerinə yetirərkən göstərilən cəsarət və qəhrəmanlığa görə Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb.
2018-ci ilin dekabrından Cənubi Hərbi Dairə Komandirinin müavini.
Rusiya Federasiyası Prezidentinin 20 fevral 2020-ci il tarixli fərmanı ilə Rüstəm Muradova general-leytenant hərbi rütbəsi verilib. Evlidir. İki qızı və iki oğlu var.

DİGƏR XƏBƏRLƏR

Top