"Paşinyan hakimiyyətdən getsə belə əldə edilən bəyanata heç bir təsir edə bilməz" - XİN


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Türkiyənin DHA agentliyinə açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, Leyla Abdullayeva DHA-ya verdiyi müsahibədə atəşkəsə nəzarət məntəqələrində Türkiyənin də olacağını bildirib:
"20 gün ərzində Ermənistan Azərbaycan torpaqlarını boşaldacaq. Sazişin yerinə yetirilməsinə nəzarət etmək üçün bir nəzarət mərkəzi qurulacaq. Türkiyədə Rusiya ilə birlikdə nəzarət və izləmə mərkəzində alacak".
Leyla Abdullayeva müsahibənin davamında bildirib ki, Paşinyan hakimiyyətdən getsə belə bu, əldə edilən bəyanata heç bir təsir edə bilməz.

DİGƏR XƏBƏRLƏR

Top