Laçında erməni əsgərlə rus əsgəri arasında maraqlı dialoq - VİDEO


Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanatın tələblərinə uyğun olaraq işğal altında olan Laçın rayonunu tərk edən Ermənistan ordusunun əsgəri ilə sülhməramlı missiyanı həyata keçirən Rusiya əsgəri arasında maraqlı dialoq qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan ordusunun əsgəri tərəfindən çəkilən video görüntü sosial şəbəkələrdə paylaşılıb.
Laçını tərk etdiyini bildirən erməni əsgər müşahidə məntəqəsində dayanan rus əsgərlərini çəkmək istəyər və bu zaman rus əsgərləri ondan çəkilişi saxlamasını tələb edirlər. Erməni əsgər isə “qoy bizim "uşaqlar" bilsinlər ki, bizim yanımızda kimlər dayanmadı”, deyə bildirib. Erməni əsgər daha sonra bildirib ki, sizin dayandığınız yer bizimdir. Daha sonra rus əsgərlərinə müraciət edərək deyib ki, siz elə hesab etməyin ki, məndən daha yaxşı döyüşçüsünüz.

DİGƏR XƏBƏRLƏR

Top