Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Dağlıq Qarabağ barədə açıqlama verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Türkiyə-Rusiya ortaq atəşkəsə nəzarət mərkəzinin Azərbaycanın işğaldan azad edilən torpaqlarında qurulacağını açıqlayıb. Türkiyə prezidenti həmçinin bildirib ki, atəşkəsin qorunmasına dair bütün tədbirlər həmin mərkəz tərəfindən görüləcək. Bu barədə razılaşma bu gün səhər imzalanıb.