Niderlandda COVID-19 xəstələrinin sayı azalıb


Ötən ay Niderlandda tətbiq olunan qismən karantin rejimindən sonra yeni növ koronavirusa yoluxanların sayı bir həftə ərzində 32 faiz azalıb.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, Niderland Səhiyyə Nazirliyinin Dövlət Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) tərəfindən dərc olunan həftəlik məlumatlara əsasən, 3-10 noyabr tarixləri arasında ölkədə 43 min 624 nəfərdə COVID-19 aşkarlanıb.
Ölkədə son bir gündə 4695 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə 27 Oktyabr-3 Noyabr tarixlərində xəstəlik sayında 32 faiz azalma qeydə alınaraq, ümumi say 64 min 87 olaraq göstərilib.
Açıqlamada COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilənlərin sayının ötən həftə 1966, bu həftə 1520 nəfər göstərilib.
Ölkədə bu vaxta kimi COVID-19-a yoluxanların sayı 419 min 412-yə, ölənlərin sayı isə 8 min 141-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top