Rusiya sülhməramlıların Qarabağda yerləşdirilmə xəritəsini yayımladı - FOTO


Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Qarabağda yerləşdirilmə xəritəsini yayımladı.
Yeniavaz.com
“Ria.ru”ya istinadla xəbər verir ki, təmas xətti və Laçın dəhlizi boyunca 16 müşahidə postu qurulacaq. Rusiya Ordusu Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy zirehli texnikanın lazımi avadanlıqlarla təchiz olunduğunu bildirib:
"Qarabağda fəaliyyət göstərən hərbçilərimiz, baş verə biləcək hər hansı insidentin qarışısını almaq, və sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan və Ermənistan silahlı qüvvələri ilə birbaşa əlaqədədir".

DİGƏR XƏBƏRLƏR

Top