Pentaqonda istefalar başladı


ABŞ-ın Müdafiə naziri Mark Esperin Tramp tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonrakı istefalar ölkədə səs küyə səbəb olub.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Esper istefaya göndərildikdən sonra ABŞ-ın Təhlükəsizlik Siyasətləri üzrə müşaviri Cozef Kernan, Müdafiə Nazirliyinin xüsusi katibi Cen Stevart öz vəzifələrindən istefa verib.
Trampın Esperin yerinə Terrorla Mübarizə Mərkəzinin rəhbəri Kristofer Milleri təyin etdiyi açıqlanıb.
Pentaqonun yazılı açıqlamasında, Təhlükəsizlik Siyasəti üzrə məsləhətçisi Ceyms Andersonun istefasını təqdim etdiyi və onun yerinə Antoni Tatanın təyin olunduğunu açıqlanıb.
Kernanın yerinə Xüsusi Əməliyyatlar üzrə müşavir Ezra Kohen-Uotnik, Stevartın yerinə isə Ağ Ev Milli Təhlükəsizlik Şurasının zabiti Kaş Patelin təyin edilib.
Bir çox məmurun Pentaqonu tərk etməsi gözlənilsə də, Trampın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Federal Təhlükəsizlik Bürosu (FBI) direktorlarını da istefaya göndərəcəyi iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top