​Yevlaxda qələbə qurbanları kəsilir - VİDEO


Ölkədə qələbə sevinci davam edir.
Yeniavaz.com
xəbər verir ki, insanlar ordumuzun möhtəşəm qələbəsini yüksək əhval-ruhiyyə ilə qeyd edirlər.
Yevlax rayonunda ordumuzun zəfər çalması münasibəti ilə qurbanlar kəsilib. İşğaldan azad olunan rayonların sakinləri Yevlaxın mərkəzi küçəsində arzuladıqları qələbəyə qovuşdquları üçün qurban dediklər heyvanları kəsiblər.
Şuşa, Zəngilan, Qubadlı, Füzuli və digər işğaldan azad olunan rayonların sakinləri möhtəşəm qələbəyə görə, ordumuza, ali baş komandana öz təşəkkürlərini bildiriblər.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top