“Ümumdünya Türk Xalqları Assambleyası”nın prezidentindən Azərbaycan Prezidentinə məktub


“Ümumdünya Türk Xalqları Assambleyası” Beynəlxalq Təşkilatının prezidenti Yermentay Sultanmurat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilir: “Əziz qardaşımız İlham Heydər oğlu!
Əziz azərbaycanlı qardaşlarımız!
Sizin hər birinizi erməni təcavüzkarlara qarşı apardığınız Vətən müharibəsində möhtəşəm qələbə münasibətilə təbrik edirik!
Bu qələbə Azərbaycan millətinin, türk ruhunun daha da möhkəmlənməsində olduqca əhəmiyyətli mərhələdir. Bu zəfəriniz bizim ümumi tariximizdə mühüm və əlamətdar hadisə kimi layiqli yer tutacaq.
Arzu edirik ki, bu qələbənin nəticələrini uğurla möhkəmləndirəsiniz və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan gündən-günə daha da çiçəklənən bir ölkəyə çevrilsin”.

DİGƏR XƏBƏRLƏR

Top