“3-cü Dünya Müharibəsinin ilk mərhələsi başlayıb” - Çexiya kəşfiyyatı


Çexiya Hərbi kəşfiyyatının rəsmi saytında 3-cü Dünya Müharibəsi təhlükəsi ilə bağlı xəbər yerləşdirilib.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, Çexiya Hərbi kəşfiyyatının yaydığı məlumatda dünyanın yeni müharibə təhlükəsi ilə üz-üzə qaldığı bildirilib:
“Yeni Dünya Müharibəsi yaxınlaşıb, ilk mərhələsi isə artıq başlayıb. Analitiklər burada fəal iştirak edə bilən və iştirak etmək istəyənlərin hazırlaşdığını və texnoloji alətlərin tədricən müəyyənləşdirildiyini vurğulayır”
Sənəddə beynəlxalq hüququn əhəmiyyətinin azalması da qeyd olunur. Baş verən ziddiyyətləri həll etmək üçün bir yol kimi dinc dialoq yoxdur və dünya nizamının qalması şübhə altındadır. 
Bundan əvvəl “The National Interest” , Rusiya və NATO-nun potensial müharibədə şanslarını qiymətləndirmişdi.  Bir müddət sonra NATO-nun özünü dəhşətli bir vəziyyətdə tapacağı və  Rusiya Baltikyanı ölkələrə qarşı bir hücum təşkil etmək barədə qərara gəlsə, ittifaq bu vəziyyətdə Moskvaya heç bir şey edə bilməyəcəyi qeyd olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top