Nikol Paşinyan ən böyük günahının nə olduğunu AÇIQLADI


Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, mənim ən böyük günahım Ağdam, Laçın və Kəlbəcəri Azərbaycana təhvil verməklə bağlı sənədə qol çəkməyimdir.
Yeniavaz.com
xəbər verir ki, Nikol Paşinyan bu barədə “Facebook” sosial səhifəsindəki canlı yayımında bildirib.
Baş nazir açıqlamasında qeyd edib ki, bu sənədi imzalamağa məcbur olub: “Stepanakertin (Xankəndi – red) müdafiəsiz qaldığı bir vəziyyətdə Martuni (Xocavənd – red) və Əsgəranın da itirilmə ehtimalı vardı. Stepanakert alındığı təqdirdə digər bölgələrimiz və hərbçilərimiz mühasirəyə düşəcəkdi. Baş Qərargah rəisi və “Artsax prezidenti” (Seperatçıların başçısı –red) Stepanakertin müdafiəsinin çox zəif olduğunu və Stepanakert ələ keçirilsə, əsgərlərimizin mühasirədə qala biləcəyini və hamısını itirəcəyimizi bildirdi. Bu səbəbdən də məcbur olub bu sənədi imzaladım”.
Paşinyan deyib ki, Şuşanın alınmasından sonra iki dəfə geri almağa cəhd ediblər: “Bir dəfə tamamilə uğursuz oldu, ikinci dəfə Şuşaya girməyi bacardıq. O zaman mətbuatda gedən açıqlamalar bununla bağlı idi. Ancaq istədiyimizə nail ola bilmədik”.
Nikol Paşinyan öz çıxışında ölkə daxilində baş verən siyasi gərginliyə də münasibət bildirib. Baş nazir qeyd edib ki, onu tənqid edən müxalifət partiyasının sədri – Qaqik Sarukyan həbsdən çıxan kimi könüllü dəstə yaradıb Qarabağa gedəcəyini bildirdi, ancaq getmədi: “Bəlkə kifayət qədər ehtiyatımız olsaydı Şuşayı saxlaya bilərdik. Bəlkə də Qaqik Sarukyanın dəstəsinin olmaması Şuşanin tutulmasına səbəb oldu. Əlbəttə bunu simvolik olaraq deyirəm, amma bu o qədər də simvolik deyil”.
Ermənistanın baş naziri bildirib ki, belə bir ağır qərar verməyimə minlərlə əsgərimizn həyatının təhlükədə olması səbəb oldu.

DİGƏR XƏBƏRLƏR

Top