Qaqik Sarukyan: “Paşinyanın özü demişdi ki, bunu edən meydanda asılmalıdır”


Ermənistanda müxalifət partiyasının lideri Qaqik Sarukyan Paşinyanı sərt tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, Qaqik Sarukyan Ermənistanın tarixin ən biabırçı günlərini yaşadığını bildirib:
“Paşinyan heç kimə məlumat vermədən, razılıq almadan bu cür addımlar atıb. 2 il əvvəl özü demişdi ki, münaqişə barədə müzakirə olunmadan kimsə hər hansı addım atsa vətənə xəyanət etmiş olar və meydanda asılmalıdır. İndi Paşinyanın bu olanlara necə cavab verəcəyi mənə çox maraqlıdır”.
Sarukyan çıxışının davamında Ermənistanda baş verən son hadisələrə görə, Paşinyanı hesabat verməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top