ATƏT PA-nın prezidenti Qarabağda imzalanan bəyanata münasibət bildirdi


“Ümid edirəm ki, Dağlıq Qarabağ bölgəsindəki müharibəni dayandıran müqavilənin imzalanması nəhayət münaqişə bölgəsində qalan mülki şəxslərin həyatını qoruyacaqdır”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri  ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli  deyib. O bildirib ki, davamlı sülhə aparan yol müharibədən daha çətindir:
“Son həftələrdə itkin düşən çox sayda insan üçün təəssüf edirəm. Atəşkəsdən sonra  tərəfləri əsir, məhbus və ölən hərbçilərin cəsədlərinin mübadiləsinə gecikmədən başlamalarını istəyirəm. Tərəfləri danışıqlara, məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtmasını təşkil etməyə, bu münaqişənin uzunmüddətli və hərtərəfli həllinə nail olmağa və sonda birlikdə gələcəyi qurmağa çağırıram”.

DİGƏR XƏBƏRLƏR

Top