Nazir müavinləri Rusiya səfirliyində olublar


Bu ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə gediblər.
Bu barədə Yeniavaz.com-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, 9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı yaşanan faciəvi hadisə ilə bağlı başsağlığı bildiriblər.
 

DİGƏR XƏBƏRLƏR

Top