Hulusi Akar Azərbaycana təbrik mesajı göndərdi


Hulusi Akar atəşkəs müqaviləsindəki şərtlərin yerinə yetirilməsi, ərazilərin Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlığın bərpa olunması ilə bağlı paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, Hulusi Akar təbrik mətnin davamında Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib:
“Təxminən 30 ilə yaxındır işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün ədalətli bir mübarizə aparan və bu mübarizəni alın açıqlığı ilə bitirən azərbaycanlı qardaşlarımızın qələbəsini təbrik edirik”.
Qeyd edək ki, nazirin sözləri Türkiyə müdafiə nazirliyinin tviter səhifəsində paylaşılıb.

DİGƏR XƏBƏRLƏR

Top