Ermənistanda hökumət binasının qarşısında çox sayda etirazçı aksiya keçirilir.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını və razılaşmanın ləğv edilməsini tələb edirlər.
Qeyd edək ki, Paşinyan son açıqlamasında tərəflər arasında əldə olunan bəyannaməyə məcburi şəkildə imza atdığını, əksa halda vəziyyətin daha da pisləşə biləcəyini demişdi.