Qurban Qurbanov: “Həmin şəhərlərimizdə oynayacağımız günü səbirsizliklə gözləyirəm”


“Bütün fikrimiz ordudan gələn xəbərlərdə idi. Hər birimizin illərdir gözlədiyi xəbəri dünən cənab Ali Baş Komandamız tərəfindən verildi”.
Yeniavaz.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Klubun rəsmi saytına açıqlama verən təcrübəli mütəxəssis Azərbaycan Silahlı Qüvvələrinin qazandığı tarixi zəfərə münasibət bildirib: “Hər zaman komandama hansı şəhəri təmsil etdiyimizi, hansı adı daşıdıqlarının məsuliyyətini izah edirdim. Bundan sonra bu işğal haqda yox, bu zəfərdən danışacam. Şükürlər olsun ki, Ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu. İnanıram ki, məcburi köçkünlərimiz tezliklə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbirsizliklə gözləyirəm”.
Qurbanov sonda şəhidlərə Allahdan rəhmət diləyib: “Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhid analarımıza səbir versin. Gözün aydın olsun, Azərbaycan".

DİGƏR XƏBƏRLƏR

Top