Xankəndinin deputatından sakinlərə müraciət: "Evlərinizə geri dönməyə hazırlaşın!"


"Əziz Xankəndi sakinləri, böyük fəxr və qürur hissi ilə bildirirəm ki, bütün Qarabağımızda, həmçinin Xankəndi şəhərimizdə Azərbaycan Respublikasının tam suverenliyi bərpa ediləcək!"
Yeniavaz.com
xəbər verir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri, Xankəndinin millət vəkili Tural Gəncəliyev bildirib.
Deputat qeyd edib ki, Xankəndi üç rəngli bayrağımızla gözəlləşəcək!:
"Xankəndi sakinləri öz evlərinə geri dönəcəklər! 
Xankəndi Azərbaycanın ən gözəl, ən yüksək inkişaf etmiş şəhərlərindən biri olacaq! 
"Yolumuz Xankəndinədir!" demişdim, artıq çatdıq!
Evlərinizə geri dönməyə hazırlaşın!"

DİGƏR XƏBƏRLƏR

Top