Braziliyada Çin əczaçılıq şirkəti “Sinavoc Biotech” tərəfindən hazırlanan "CoronaVac" adlı koronavirus vaksininin sınaqları müvəqqəti olaraq dayandırılıb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Tənzimləmə Təşkilatı (Anvisa) tərəfindən yazılı açıqlama verilib.
Sınaqlarının dayandırılması üçün dəqiq səbəb göstərilməyib.
Qeyd edək ki, dünyada COVID-19 pandemiyasından ən çox təsirlənən ölkələrdən biri Braziliya olub. Bugünə kimi ölkədə 5 milyon 675 min 32 nəfər koronavirusa yoluxub. 162 min 628 nəfər ölüb.