Paşinyan: "Ararat Mirzoyana xəsarət yetirən şəxslərdən 2-si həbs olunub"

 
Ermənistan parlamentinin spikeri Ararat Mirzoyana xəsarət yetirən şəxslərdən 2-si həbs olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsindəki hesabından paylaşıb.
Qeyd edək ki, dünən axşam Ermənistanda bir qrup şəxs Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsilə bağlı imzaladığı bəyanata etiraz edərək hökumət və parlament binasına hücum ediblər. Hücum zamanı baş nazirin iş otağı dağıdılıb, parlament sədri Ararat Mirzoyana ağır bədən xəsarəti yetirilib.

DİGƏR XƏBƏRLƏR

Top