Paşinyan məğlubiyyətdən danışdı: "Ordu dedi ki, resurslar tükənib"


"Ordu dedi ki, dayanmalıyıq, çünki müəyyən problemlərimiz var, həlli perspektivləri bəlli deyil və resurslar tükənib". 
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan canlı yayımda xalqa müraciəti zamanı deyib.
O, bildirib ki, hərbi resurslar hər yerdə təsirli olmadı: “Cəbhədə döyüşənlərin əvəzləyən yox idi. Demək olar ki, istirahət etmədən bir ay döyüşənlər oldu. Buna görə də Ermənistan Respublikası və Dağlıq Qarabağın (Qondarma "Dağlıq Qarabağ") rəhbərliyi müharibəni ən qısa müddətdə bitirmək qərarına gəldi, əks halda nəticələr çox daha ağır olacaqdı. Özüm və hamımız üçün son dərəcə çətin bir qərar verdim. Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsini saat 01:00-dan etibarən dayandırmaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün sözlə görünməz dərəcədə ağrılıdır. Bəyanatda erməni tərəfi üçün ağır şərtlər qəbul edilib”.
Paşinyan eyni zamanda bildirib ki, müharibənin dayandırılmasının bir yolu var idi - bu Qarabağın statusunu göstərmədən beş bölgəni qaytarmaq.

DİGƏR XƏBƏRLƏR

Top