“Tarixin dünən verilən qərarı necə qiymətləndirəcəyini bilmirəm, amma məcbur olduq”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri qondarma rejimin prezidenti Araik Harutyunyan deyib. O Azərbaycan ordusunun hərbi əməliyyatlar nəticəsində azad etdiyi bütün torpaqların itirildiyini etiraf edib:
“Tarixin dünən verilən qərarı necə qiymətləndirəcəyini bilmirəm, amma məcbur olduq. Niyə? Əvvəla, 43 günlük hərbi əməliyyatlar nəticəsində Füzuli bölgəsini, Cəbrayıl bölgəsini, Qubadlı, Zəngilan, Hadrut bölgələrini, əsasən Martuni bölgəsinin bir hissəsini, Əsgəran bölgəsini və ən əsası Şuşanı itirdik”.