Ceyhun Bayramovla Çavuşoğlu telefonla danışdı


Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin XİN rəhbəri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

XİN-dən Yeniavaz.com-a verilən məlumata görə, Türkiyə xarici işlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib. Bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb.

Nazir Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqq mövqeyinə münasibətdə qəti dəstəyini heç bir zaman əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün qardaş Türkiyəli həmkarına və bütün Türkiyə xalqına təşəkkürünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top