"Le Monde": "Azərbaycan xüsusi təyinatlıları Şuşaya necə sızıb?"


Fransanın “Le Monde" qəzetində Şuşanın azad edilməsi və erməni hərbçilərinin Xankəndidən qaçmasına dair məqalə dərc olunub.
Yeniavaz.com həmin yazıdan bəzi maraqlı məqamları təqdim edir:

"Bir neçə gün idi ki, Azərbaycan xüsusi təyinatlıları Şuşaya sızmışdılar. Necə və haradan onlar ora sıza bilərdilər, belə ki, şimalda və qərbdə Şuşaya iki yeganə giriş yolu bağlı idi və cənub-şərqdən gələn azərbaycanlılar üçün bu təbii qala heyrətlənirici qaya kimi görünür... Onlar ermənilər tərəfindən çox şiddətlə müdafiə olunan bu simvol şəhərə dik olan səthdən, qayalardan yuxarı doğru dırmanıblar? Bakı bu barədə heç nə demir, amma görünür ki, hücumun asanlaşmasına dronlar kömək etməyib. Dumanlı hava onsuz da dronların effektivliyini son günlər çox aşağı salıblar.

Böyük qaçış
Şənbə axşamı Dağlıq Qarabağın əsas şəhəri Xankəndinin təxliyə edilməsi əmri xaotik bir qaçış (aradançıxma) ilə nəticələndi, yerli hakimiyyət əsgərlərin də çıxıb getməsinə (ərazini tərk etməsinə) mane olmaq üçün səy göstərir. Bu təlatümlü, xaotik və kim bilir bəlkə geri dönüşü olmayan bir qaçışdır.
7 noyabr, şənbə günü Xankəndidə hələ də qalan mülki əhalinin təxliyə olunması üçün əmr verilir. Xankəndinin öz sonuncu sakinlərini təxliyə etmək qərarı aydın deyil. Rəsmi olaraq, yerli hakimiyyət paytaxtın tam olaraq təxliyə olunması qərarının verilməsini təkzib edir. İrəvanda olan xarici səfirlərə Xankəndi və Ermənistan XİN-i deyiblər ki, onlar sadəcə bəzi kateqoriyalarda olan insanları çıxardıblar: "Xəstəxanalarda olan xəstələrin "sanitariya təxliyəsi" və təhlükəsizlik məqsədi ilə xarici jurnalistlərin təxliyəsi". Bu bəyanatlar isə yanlışdır, Xankəndində olan nazirliyin bir yüksək rütbəli əməkdaşı isə təsdiq etdi ki, kütləvi təxliyə əmri ən yüksək dairələrdən verilib. Etiraf edilməyən bu təxliyə əmrinin verilməsi də aydın deyil. Şayiə gəzir ki, şimal-şərqdən azərbaycanlıların hücumu olub, beləliklə əsas qorxu o idi ki, Xankəndini dünyaya bağlayan şimaldan olan Kəlbəcər yolu da bağlı olsun və 4 noyabrdan bəri bağlı olan Laçın yolundan sonra Xankəndinin dünya ilə əlaqəsi kəsilsin. Bir rəsmi şəxs isə ağlabatan iki səbəb deyir : İlkin olaraq, Azərbaycan xüsusi təyinatlılarının Xankəndiyə, ən əzından onun ətraflarına sızmasıdır. Digər tərəfdən isə Şuşanın tezliklə azərbaycanlılar tərəfindən tutulması və bu şəhərə Xankəndiyə nəzarət etməyə imkan verən topların gətirilməsi.

Özünü itirmiş əsgərlər
Təxliyənin səbəbi nə olursa olsun, nəticə budur ki, müharibənin ilk həftələrində burada qalmağa qərar vermiş mülki şəxslər və hərbçilər Xankəndini boşaldır. Döyüşmək yaşı və qabiliyyəti olanların Qarabağı tərk etmək hüququ olmasa da çoxu şimal yolu tərəfə (qaçmaq üçün) yollanıblar. Günorta saat 3-dən etibarən yüzlərlə avtomobil yollarda tıxacların yaranmasına və panika atmosferinə səbəb olmuşdu. Kəlbəcər ilə Norabek arasında olan postdan əvvəl ilk yoxlama məntəqəsi məhz Xaçınçay üzərində idi. Bu postda döyüşçülərin Qarabağda qalmasına və döyüş bölgəsindən qaçmamasına nəzarət edirlər. Bu arada, bu yoxlanış məntəqəsindən sonra bəziləri hökumət rəsmilərinin də sığındığı Vəng kəndinə, digərləri isə şimal-qərbə Ermənistana yola düşürdülər.
Əks istiqamətə (Qarabağa doğru) hərəkət edən yeganə nəqliyyat vasitələri ambulanslar idi, belə ki, bu təcili tibbi yardım maşınları Şuşa döyüşünün yaralılarını Vardenisə daşıyırlar. Ermənistan tərəfə keçərkən son dəfə post patrul xidməti gəlib yaxşıca yoxlayır ki, silah-sursat və əsgərlər Qarabağı tərk etməsin.
Qarabağ müharibəsi bitməyib və paytaxt hələ təslim olmayıb. Amma artıq Şuşanın "düşməsi" və bugünkü tələm-tələsik təxliyədən sonra Xankəndi heç vaxt olmadığı qədər zəif, kövrək bir "paytaxt"dır”.

DİGƏR XƏBƏRLƏR

Top