Hikmət Hacıyev: Terror çağırışları edən erməni deputat AŞPA mandatından məhrum edilməlidir - FOTO


Terror çağırışları edən erməni deputat AŞPA mandatından məhrum edilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Hikmət Hacıyev deyib: “Çiçəklənən Ermənistan” Fraksiyasından olan Naira Zohrabyan Ermənistan Milli Məclisinin üzvüdür. O, həmçinin AŞPA-da təmsil olunur. Mingəçevir su anbarını vurmaq barədə Azərbaycana qarşı terror çağırışları edir. Belə düşüncəyə sahib siyasətçi AŞPA mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq”.

DİGƏR XƏBƏRLƏR

Top