Beş gündür Nikol Paşinyandan heç bir xəbər yoxdur - FOTOFAKT


Ermənistanın baş naziri Nikol Paşinyan son 5 gün ərzində “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsindən heç bir paylaşım etməyib.
Yeniavaz.com xəbər verir ki, Nikol Paşinyanın “Facebook” sosial şəbəkəsindəki sonuncu paylaşımı noyabr ayının 4-ü tarixinə təsadüf edir. Bu tarixdən sonra baş nazir heç bir paylaşım etməyib.
Qeyd edək ki, 4 noyabr ayından əvvəlki günlərdə Nikol Paşinyan hər gün ən azı bir paylaşım edib.
Onu da bildirək ki, son 5 gün ərzində mətbuatda da Nikol Paşinyanın hər hansı bir açıqlması və ya hansısa tədbirdə iştirakı ilə bağlı məlumat yayılmayıb. Bunu Ermənistan hökumətinin rəsmi veb-səhifəsindən də görmək mümkündür.
Bir neçə gün əvvəl Ermənistan mətbuatında Ermənistanın baş nazirinin istefa verdiyi barədə məlumat yayılıb. Baş nazirin mətbuat katibi Mane Gevorqyan isə bildirib ki, bu məlumat həqiqətə uyğun deyil.



   
 

DİGƏR XƏBƏRLƏR

Top