Qorbaçov: "Bayden dövlət katibi olduğu vaxt Rusiya və ABŞ…"


Mixail Qorbaçov, Co Baydenin 2009-cu ildə vitse-prezident olduğu vaxta diqqət çəkərək, o dövrdə Rusiya və ABŞ münasibətlərində irəliləyiş olduğunu bildirib.
Yeniavaz.com
“Sputnik”ə istinadən xəbər verir ki, Qorbaçov, həmin vaxt, Baydenlə aralarında Strateji Hücum Silahlarının Azaldılması barədə sazişin (START-3) imzalanmasında da irəliləyiş olduğunu diqqətə çatdırıb.
Bundan əlavə Sovet İttifaqının sonuncu başçısı əlavə edib ki, o, Baydenin ABŞ və Rusiya arasında inamın olmasının vacibliyini də vurğulayıb. O, “düşünürəm ki, Rusiya rəhbərliyi də bu mövzuda ciddi bir dialoqa hazırdır" - deyə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top