Ermənistan polisi: Qarabağdan qayıdan insanlarda silah-sursat aşkarlanıb - VİDEO


İşğal altında olan Qarabağdan Ermənistana qaçan şəxslərdə silah-sursat aşkarlanıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd olan Vardenis rayon polis şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, Qarabağdan qayıdan insanların avtomobillərində partlayıcı maddə, tüfəng və müxtəlif çaplı güllələr aşkar edilib.
Məlumatda həmçinin qeyd olunur ki, polis şöbələrinin əməkdaşları Qarabağdan Ermənistana qanunsuz silah və sursat daşınması hallarının qarşısını almaq üçün əlavə tədbirlər görməyə davam edirlər.

DİGƏR XƏBƏRLƏR

Top