ODTU-nün keçmiş rektoru, həmyerlimiz Nuri Saryal Azərbaycanı təbrik etdi


Ötən gün Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşanın azad edilməsini elan etdikdən sonra xəbər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən sevinclə qarşılandı.
Yeniavaz.com
xəbər verir ki, Orta Şərq Texniki Universitetinin (ODTU) keçmiş rektoru, həmyerlimiz Nuri Saryal, Azərbaycan xalqını Şuşanın alınması və bayraq günü münasibətilə təbrik edib:
"Bütün azərbaycanlıları Şuşanın işğaldan azad olunması və bayraq günü münasibətilə bütün səmimiyyətimlə təbrik edirəm. Azərbaycan!.. Azərbaycan!.. Nurinin yurdu… Nurinin yurdu… Üç rəngli bayrağınla məsud yaşa!"

DİGƏR XƏBƏRLƏR

Top