"Bir neçə kənddə çox şiddətli toqquşmalar oldu, bu bir neçə gün vaxtımızı aldı"


"Bəli, ümidim var. Çünki indi mənim ümidim bizim döyüş meydanındakı uğurumuza əsaslanır". 

Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Sizin sülh yolu ilə həllə ümidiniz varmı?” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, onun ümidi Ermənistanın konstruktiv mövqeyinə əsaslanmır: 

“Çünki bizim döyüş meydanında gördüklərimiz, Füzulidə, Cəbrayılda gördüklərimiz, biz gördük ki, onlar əraziləri boşaltmağı planlaşdırmırdılar. Onlar bizə yalan danışırdılar. Onlar Minsk qrupunun həmsədrlərinə yalan danışırdılar. Çünki onlar o istehkamlara o qədər vəsait yatırıblar ki, oraları heç vaxt boşaltmazdılar. Buna görə Füzuliyə nəzarəti ələ almaq bizim çox vaxtımızı apardı. Sonra biz Araz çayı boyu Ermənistanla dövlət sərhədinə doğru hərəkət edəndə bir neçə kənddə çox şiddətli toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə gün vaxtımızı aldı”.

DİGƏR XƏBƏRLƏR

Top