Rusiya Hərbi Hava Qüvvələrinin zabiti 4 əsgəri güllələndi


Rusiyanın Voronej şəhəri yaxınlığındakı hərbi hava bazasında bir zabit 4 əsgəri güllələyib.
Yeniavaz.com
“DHA”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 əsgər ölüb, 1-i isə ağır yaralanıb. Ağır yaralı olan əsgər xəstəxanaya çatdırılıb. Rəsmi açıqlamaya görə, zabit hadisə yerindən qaçıb. Ordu və polis adı açıqlanmayan zabitin axtarışlarını davam etdirir. Zabitin hadisəni hansı səbəbdən törətdiyi barədə məlumat verilməyib. Hadisənin psixoloji pozuntu nəticəsində baş verə biləcəyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top