Prezident İlham Əliyev daha 23 kəndin düşmən tapdağından azad edildiyini açıqladı.
Yeniavaz.com xəbər verir ki, sözügedən kəndlərdən biri olan Qubadlı rayonunun Aşağı Mollu kəndi XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı olmuş Qaçaq Nəbinin anadan olduğu kənddir.
Qeyd edək ki, həmin vaxt yəni 1854-cü ildə Aşağı Mollu kəndi Zəngəzur qəzasının tərkibində idi. Qaçaq Nəbi 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olub.