Prezident “BBC News” müxbirinə: "Bu, sual deyil, bu, ittihamdır, siz prokuror kimi danışırsınız"


"Münaqişəyə qayıdasınız, çünki bu sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibə verdiyi jurnalistə deyib.
Ölkə başçısı “BBC News” müxbirinə deyib ki, güzgüyə baxsın: "Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız".

DİGƏR XƏBƏRLƏR

Top