"BBC" müxbiri bu ifadəsinə görə Prezident İlham Əliyevdən üzr istədi


Xəbər verdiyimiz kimi, noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “BBC News”a müsahibə verib. 
Yeniavaz.com
xəbər verir ki, müsahibə zamanı “BBC” müxbiri “Ermənistanda kilisəyə hücum olub” ifadəsinə görə Prezident İlham Əliyevdən üzr istəyib. Belə ki, o, Şuşa şəhərində kilisənin dağıdılması ilə bağlı sual verərkən bu ərazini Ermənistan ərazisi adlandırıb. Lakin Prezident İlham Əliyev dərhal müdaxilə edib və bildirib ki, bu, Ermənistanda olmayıb. Bundan sonra “BBC” müxbiri prezidentdən üzr istəyib və sualı təkrarlayıb.

DİGƏR XƏBƏRLƏR

Top